“Sumqayıt”dan ayrılan futbolçu İrəvana gedir. Sumqayıt24 bu haqda 10 iyul tarixində xəbər verir.
Söhbət Albaniyanın "Egnatia" klubuna keçən Vüsal İsgəndərlidən gedir. Onun klubu Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Ermənistan "Ararat"ı ilə qarşılaşacaq. Hücumçu özü adının iştirak ərizəsinə salınmasını istəyib. Rəsmi İrəvan isə V. İsgəndərlinin təhlükəsizliyinə zəmanət verildiyini açıqlayıb.