Sumqayıtda “Şuşa Kuboku” adlı bilik yarışmasının III zona mərhələsi başa çatıb. Bu haqda bu gün, 11 aprel tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
“Xəmsə” formatında təşkil olunan yarış IX-XI sinif şagirdləri arasında keçirilib. Yarışda ümumilikdə şəhərin 32 ümumtəhsil müəssisəsi təmsil olunub.
4 zona üzrə 8 qrupda keçiriləcək bilik yarışının III zona mərhələsində 7 saylı məktəbin “Xarıbülbül” komandası 1-ci, 35 saylı məktəbin “Polad” komandası 2-ci, 30 saylı məktəbin “Dəmir Yumruq” komandası isə 3-cü yerləri tutublar. Qaliblər yarımfinal mərhələsinə vəsiqə qazanıblar.