Murad Xaçayev cari mövsümdə “Sumqayıt”ın əvəzolunmazı olub. Sumqayıt24 bu haqda 28 may tarixində xəbər verir.
Futbolçu Premyer Liqada baş tutan 36 oyunun hər birində 90 dəqiqə meydanda “top qovub”. 26 yaşlı futbolçu 2022/23 mövsümünün son 11 qarşılaşmasını da əvəzlənmədən keçirmişdi.
Murad 2018-ci ildən “Sumqayıt”ın şərəfini qoruyur. O, bütün turnirlər daxil 137 oyunda iştirak edib, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.