“Sumqayıt”ın qızlardan ibarət komandası təəccübləndirməkdə davam edir. Sumqayıt24 bu haqda 25 dekabr tarixində xəbər verir.
Yüksək Qızlar Liqasında 6-cı turun oyunları baş tutub. "Sumqayıt" səfərdə Balakənin "Balxurma" komandasını 12:0 hesabı ilə məğlub edib. Bütün matçlarda maksimum nəticə göstərən qızlar qış fasiləsinə vahid lider kimi yollanıblar.
"Balxurma"ya qarşı qolları Lamiyə Əlizadə (4), Nübar Eminova (4), Aliyə Dövlətli (2), Jalə İldırımova və Rövşanə Sərdarlı vurublar.