G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt kikboksinq məktəbinin yetirmələri yarışda layiqincə çıxış ediblər. Bu haqda 15 aprel tarixində Sumqayıt24 xəbər verir.
13-14 aprel tarixlərində kikboksinq üzrə Bakı birinciliyi keçirilib. Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışa qatılan idmançılarımız aşağıdakı nəticələri əldə ediblər:
- Əminə Tağı ( 52 kq) 1-ci yerə;
- Ömər Abdullazadə (57 kq) 1-ci yerə;
- Nəriman Əliyev (81 kq) 1-ci yerə;
- Əli Hüseynov (51 kq) 3-cü yerə;
- Xəyal Sultanov (60 kq) 3-cü yerə;
- Əli Şahverdiyev (45 kq) 3-cü yerə;
- Sevindik Novruzov (57 kq) 3-cü yerə;
- Eldar Rzayev (67 kq) 3-cü yerə layiq görülüblər.