Sumqayıtda taekvondo üzrə açıq birincilik təşkil olunacaq. Bu haqda 16 aprel tarixində Sumqayıt24 xəbər verir.
Yarış 12-13 və 9-11 yaşlı yeniyetmələr arasında keçiriləcək. Turnir aprelin 21-də saat 10:00-da 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində (UGİŞM) baş tutacaq.
Layihə Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən reallaşıb.