Sumqayıtın yeniyetmə voleybolçuları regional voleybol çempionatında iştirak edirlər. Bu haqda 22 iyun tarixində Sumqayıt24 xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən yeniyetmə qızlar və oğlanlar arasında yarış Xaçmaz Olimpiya İdman Kompleksində keçirilir.
Cari ilin may ayından başlayan turnirdə Sumqayıtla yanaşı, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəni təmsil edən 14 komanda mübarizə aparır.
İkinci turun oyunlarında “Sumqayıt” “Xaçmaz” kollektivi ilə qarşılaşıb.
Yarışa noyabr ayında yekun vurulacaq.