“Sumqayıt” futbol klubunun azarkeşləri narazıdırlar. Sumqayıt24 bu haqda 6 sentyabr tarixində xəbər verir.
Fanatlar “Kapital Bank Arena” stadionuna buraxılmırlar. Onlar bildirirlər ki, sentyabrın 2-də keçirilən “Sumqayıt” - “Neftçi” matçına yüzlərlə azarkeş gəlib, lakin çoxu tribunalara keçə bilməyib. Onları “qapıda qoyan” nəzarətçilər isə bunu heç nə ilə əsaslandırmayıblar.
Qeyd edək ki, analoji hallar bəzi digər qarşılaşmalarda da yaşanıb.