Sumqayıtda qohumlar arasında münaqişə bıçaqlanma ilə sonlanıb. Bu haqda 22 dekabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə Ceyranbatan bağları yaşayış massivində baş verib. 22 yaşlı Samir Bayramov bıçaqlanıb. Ona xəsarət yetirməkdə qohumu, 46 yaşlı Nazim Əliyev şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.