Sumqayıtda oğurluq hadisələri qeydə alınıb. Sumqayıt24 bu barədə 23 sentyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Şəhər sakini olan qadının bank kartından 500 manat və bir həyətdən məişət əşyası oğurlanıb. 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən hər iki cinayətdə şübhəli bilinən Sumqayıt sakini Ş. Nəzərov saxlanılıb.
Araşdırma aparılır.