Sumqayıt polis bölməsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər. Bu haqda 26 oktyabr tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məhərrəmov saxlanılıb. Ondan 430 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.