Novxanı sakinindən silah götürülüb. Sumqayıt24 bu haqda 23 dekabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Abşeron polisi hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirib. Tədbirlər nəticəsində tutulan keçmiş məhkum, qəsəbə sakini Saleh Ağayevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 8 ədəd patron, 1 ədəd daraq götürülüb.