Sumqayıtda lombarda qarşı dələduzluq edilib. Sumqayıt24 bu haqda 27 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə iyulun 20-də 3-cü mikrorayon ərazisində baş verib. Bir nəfər lombarda “qızıl” üzük verərək 350 manat pul alıb. Sonradan həmin üzüyün saxta olması məlum olub və bununla bağlı polisə məlumat verilib.
Əməli törətməkdə şübhəli bilinən Quba rayon sakini Bəxtiyar Qasımov Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.