Qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. Bu haqda 15 dekabr tarixində Sumqayıt24 Pravda.az-a istinadən məlumat verir.
Qərar Sumqayıt Apellyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə yanvarın 4-də Sumqayıtda baş verib.