Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda 21 dekabr tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Hadisə dekabrın 19-da gecə saatlarında qeydə alınıb. Bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.
Fakt araşdırılır.