Saray Polis Bölməsi hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirib. Sumqayıt24 bu haqda 28 oktyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən saxlanılan 38 yaşlı Saray qəsəbə sakini Pərviz Hüseynovdan 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.