top
Söyüş üstündə qətl törədən şəxs kassasiya şikayəti verib
25 sentyabr 2023, 05:25
- ↺ +

Söyüş üstündə qətl törədən şəxs kassasiya şikayəti verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda adam öldürən İlkin Muxtarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. Sumqayıt24 bu haqda 25 sentyabr tarixində Pravda.az-a istinadən xəbər verir.

Şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. İlkin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Muxtarov 11 il müddətinə həbs olunub. Sumqayıt Apellyasiya Məhkəməsi şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə ötən il iyunun 6-da baş verib. Prokurorluğa Sumqayıt sakini Vahid İmanlının xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ gicgah-təpə nahiyəsinin yumşaq toxumalarına qansızma, alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və sonuncunun almış xəsarətlərdən ölməsi müəyyən edilib.

İlkin Muxtarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmədə İlkin Muxtarov özünü qismən təqsirli bilib. O bildirib ki, daha əvvəl 12-ci mikrorayondakı “AL market”in qarşısında evli qadınla tanış olub. Onlar bir neçə dəfə həmin marketin qarşısında görüşüb söhbət ediblər. Görüşlərin birində İlkin qadınla küçədə gəzərkən Vahid İmanlı öz dostları ilə onlara yaxınlaşıb. Bu zaman Vahid İlkinin əlindən 20 manat pul və eynəyini alıb, ona isə “var-yox” söyüşü söyərək ərazidən uzaqlaşıblar.

Daha sonra İlkin Muxtarov dostlarına hadisəni danışıb. O, Vahid və onun dostu Fuadı “Oba market”in qarşısında görərək onlar tərəfə qaçıb. Fuad ona “var-yox” söyüşü söyərək təhqir edib. İlkinin ifadəsinə görə, o, əvvəl Fuadı əli ilə vurub. Bundan sonra Vahidə yaxınlaşıb. Vahid İlkini yenidən söyərək təhqir edib. Bu zaman o, Vahidin alt çənəsinə yumruqla zərbə endirib. Zərbənin təsirindən Vahid sağ yanı üstə yerə yıxılıb və başı asfalt örtüyə dəyib.

“Onun çənəsindən qan gəldiyini görüb Vahidə yaxınlaşdım. Üzünü yudum, daha sonra ağzını açaraq dilini çölə çıxartdım. Vahidin nəfəs aldığını görüb hadisə yerindən uzaqlaşdım. Daha sonra polis əməkdaşları tərəfindən tutuldum”, - təqsirləndirilən şəxs qeyd edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər