Sumqayıtda qadının çantasından patron tapılıb. Sumqayıt24 bu haqda 16 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Səbail rayon sakini, 33 yaşlı Könül Mehtiyevanın əl çantasına baxış keçirilib. Nəticədə burada 1 ədəd 9 mm kalibirli "Makarov" tipli tapançaya məxsus patron aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.