Sumqayıt Tibb Mərkəzi (STM) ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş tibbi aksiya keçirib. Bu haqda 8 may tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
43 nömrəli tam orta məktəbdə keçirilən aksiyada terapevt, oftalmoloq, kardioloq, nevroloq, otolarinqoloq və şüa-diaqnostika mütəxəssisləri tərəfindən müxtəlif yaş qruplarından olan 50-dən artıq vətəndaş müayinədən keçib.
Müayinələrin nəticələrinə əsasən, müraciət edənlərə müvafiq müalicələr təyin edilib.