Sumqayıt sakini intihara cəhd edib. Sumqayıt24 bu haqda 8 may tarixində xəbər verir.
Hadisə dünən axşam 9-cu mikrorayonda, 23 nömrəli məktəbin qarşısında baş verib. Məlumata görə, avtomobildə oturan kişi üzərinə benzin tökərək özünü yandırıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri və təcili tibbi yardım avtomobili cəlb olunub.