Sumqayıtda imtahan keçiriləcək. Sumqayıt24 bu haqda 7 may tarixində xəbər verir.
Mayın 12-də Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahan təşkil olunacaq. Burada tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri biliklərini sınayacaqlar.
Həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.