Sumqayıt ölkənin inkişafında böyük rol oynayır. Sumqayıt24 bu haqda 12 yanvar tarixində Xezerxeber.az-a istinadən xəbər verir.
Son 20 il ərzində Azərbaycanın makroiqtisadi göstəricilərində şəhərimizin xüsusi çəkisi yüksəlib. Sahibkarlığın inkişafının sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində yüksək nəticələr əldə olunub.
Hazırda ərazisi 583,5 hektar olan Sumqayıt Kimya Sənaye Parkı 38 sahibkarlıq subyektinə rezidentlik statusu verib. Rezidentlərin ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxındır.
Son illərdə reallaşan ən böyük layihələrdən biri Bulvardır. Bu gün Sumqayıtda sənaye müəssisələri ilə yanaşı, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Bayraq Meydanı və "ASAN Xidmət" mərkəzləri də diqqət çəkir.