Bakı-Sumqayıt yolunda baş vermiş avtoqəzada 2 nəfər xəsarət alıb. Bu haqda 16 yanvar tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə magistral yolun 15-ci kilometrliyində baş verib. Buzlu yolda hərəkət edən “Ford”un sürücüsü idarəetməni itirərək avtomobili yol kənarında park edilmiş “Qazel”ə və “Mercedes” markalı avtomobillərə çarpıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılardan biri təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.