Baş prokuror Kamran Əliyevin Sumqayıtda keçirəcəyi vətəndaş qəbulunun məkanı müəyyənləşib. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 Baş Prokurorluğa istinadən məlumat verir.
Baş prokuror dekabrın 5-də Sumqayıt şəhər Prokurorluğunun inzibati binasında qəbul keçirəcək.
Sakinlərin görüşlə bağlı qeydiyyatı aidiyyəti prokurorluqlar tərəfindən təşkil olunacaq.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.