Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Sumqayıta səfər edib. Bu haqda 16 yanvar tarixində Sumqayıt24 Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir.
Şəhər rəhbəri Zakir Fərəcovla keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. İcra başçısı səfirə Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, Sumqayıtda son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri 15 il bundan öncə Mogilyov şəhəri ilə qardaşlaşıb.
Səfir Andrey Ravkov Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.