YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi baş tutacaq. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 xəbər verir.
"Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş tədbir bu gün, saat 15:00-da keçiriləcək. Qonaq qismində görüşə deputat Müşfiq Məmmədli qatılacaq. Millət vəkili "Müasir Azərbaycanın Səhiyyəsində Ulu Öndərin Rolu" mövzulu məruzə ilə çıxış edəcək.