Sumqayıt şəhər Veteranlar Təşkilatına yeni üzv qəbul edilib. Bu haqda 18 may tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Tərəqqi" medallı Əmək veteranı, ömrünün 48 ilini Sumqayıtın təhsil sistemində çalışmış Ayət Kərimova təşkilata üzv olub.
Üzvlük vəsiqəsini ona təşkilatın sədri Sovet Şükürov təqdim edib.