Ərini öldürmə ittihamı ilə həbs edilmiş 34 yaşlı Əfsanə Məmmədova istintaq təcridxanasında ana olub. Bu haqda 12 yanvar tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən məlumat verir.
Penitensiar xidmətin müalicə müəssisəsində təqsirləndirilən Əfsanə Məmmədovanın övladı dünyaya gəlib.
Bu günlərdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. İbtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib.
Sumqayıt Şəhər Məhkəməsi məhkum ananın həbsdə saxlanma müddətini daha 3 ay uzadıb.
Müttəhimə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir. Qanuna əsasən, himayəsində yetkinlik yaşına çatmayan övladının olması müttəhimin cəzasını yüngülləşdirən hallardan hesab edilir.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib.
Sumqayıt, Sumqayıt Şəhər Məhkəməsi, təcridxana, ana, övlad