Sumqayıtda qarlı hava şəraiti çox sayda sərnişinlərin yolda qalmasına səbəb olub. Bu haqda 16 yanvar tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Hazırda marşrut avtobuslarının intervalında gecikmələr müşahidə olunur. Bəzi avtobuslar isə xəttə buraxılmayıb. Sakinlərin əksəriyyəti dayanacaqlarda uzun müddət sərnişin avtobusları gözləməli olurlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Sumqayıt şəhərindəki bütün marşrut xətləri məhdud sayda olsa da, avtobuslarla təmin edilib:
"Sumqayıt şəhərindəki bütün marşrut xətləri məhdud sayda olsa da, avtobuslarla təmin edilib. Yollar müvafiq qurumlar tərəfindən qardan təmizləndikcə avtobusların xəttə buraxılması da təmin edilib. Hazırda şəhərin bütün istiqamətlərində avtobuslar fasiləsiz hərəkət edir”.