Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşlarla görüşəcək. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər. Görüş 14 dekabr saat 10:00-da baş tutacaq.