41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova sakinlərlə görüşüb. Bu haqda 12 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüş 47-ci məhəllədə keçirilib. Səyyar qəbulda sakinlər söhbətgah və oturacaqlar qoyulmasını, müxtəlif növ uşaq oyun elementlərinin quraşdırılmasını və həyətdə abadlıq-quruculuq işlərinin aparılmasını təklif ediblər.
Vətəndaşların səsləndirdiyi məsələlər və onları maraqlandıran digər mövzularla bağlı geniş müzakirələr aparılıb.