Sumqayıtda taksilərə qarşı reyd keçirilir. Sumqayıt24 bu haqda 11 yanvar tarixində xəbər verir.
Nəzarət tədbirləri 20 Yanvar küçəsində, “Karvan” Ticarət Mərkəzinin yaxınlığında aparılır. Məlumata görə, Yol Polisi əməkdaşları H.Z. Tağıyev qəsəbəsinə (“Nasoslu”) gedən taksiləri ərazidən uzaqlaşdırıblar. Sürücülər arasında cərimələnənlərin olduğu bildirilir.