Gənclər və İdman Nazirliyinin nümayəndələri Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri ilə görüş keçiriblər. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
Görüşdə Nazirliyinin Tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev və Tələbələrlə iş sektorunun əməkdaşı Cəmilə Rzayeva iştirak ediblər. Əvvəlcə universitetin rektoru Rüfət Əzizov nazirlik nümayəndələrini qəbul edərək onlarla bir sıra layihələr üzrə fikir mübadiləsi aparıb. Sonra qonaqlar Mühəndislik fakültəsindəki yeni yaradılmış laboratoriyalarla və universitetin digər maddi-texniki bazası ilə yaxından tanış olublar.
Yığıncağın sonunda iştirakçıların sualları cavablandırılıb və gələcək lahiyələrlə bağlı fikir mübadiləsi aparılıb.