Novxanı sakini qəsəbənin köhnə adət-ənənələrindən, ailə münasibətlərindən danışıb. Sumqayıt24 bu haqda 29 noyabr tarixində Baku TV-yə istinadən xəbər verir.
"O vaxtlar" verilişinin qonağı olan Hacı Vasif deyir ki, indiki dövrdə televiziyaları dava yığıncağına çeviriblər:
"Ailədən, qadınlıqdan xəbəri olmayanlar kimlərəsə dərs keçirlər, namusdan danışırlar. Həya və abır kişidə də, qadında da olmalıdır".
Həmçinin, Hacı Vasif bildirib ki, bacısı olan qardaş evə dostunu gətirməz:
"Ola bilər ki, dostunu qardaşı kimi çox istəyir. Amma evdə subay bacısı olan qardaş dostunu evə gətirməz".
Ətraflı videoda:
[video width="1280" height="720" mp4="https://sumqayit24.az/storage/photos/2023/11/O-qizin-agzi-naydi-sirga-taxardi-Novxanili-agsaqqaldan-kand-qaydalari-O-VAXTLAR.mp4"][/video]