Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaş qəbulu keçirib. Bu haqda 8 may tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Görüşdə STM-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Qəbulda 20 sakinin müraciətinə baxılıb.
Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən bir sıra məsələlər yerində həll olunub.