Sumqayıtda nasaz işıqforlar qəzaya səbəb olub. Sumqayıt24 bu haqda 29 noyabr tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə Sülh prospektində baş verib. Hərəkət nizamlayıcılarının qırmızı, yaşıl və sarı işıqları eyni anda yandığına görə “Mercedes” və “Volkswagen” markalı avtomobillər toqquşub. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.