“SUMbuilders” robototexnika kollektivinin üzvü uğura imza atıb. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
İltifat İbadzadə komandası ilə "GreenAgroHack" startap müsabiqəsində üçüncü yeri tutub. Onlar 2000 manat pul mükafatı qazanıblar.
İltifatın “Null” adlı komandası hava, su, torpaq, rütubət və nəmlik göstəricilərini özündə toplayan və avtomatik rejimdə çalışan suvarma texnologiyasının həll yolunu təklif edib.