Sumqayıtda sərnişin avtobusu qəzaya düşüb. Sumqayıt24 bu haqda 29 noyabr tarixində xəbər verir.
Hadisə bulvar ərazisində qeydə alınıb. Məlumata görə, 6 nömrəli marşut avtobusu “AzSamand” markalı minik avtomobili ilə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmadığı açıqlanmayıb.