Sumqayıt əhalisi Şəhidlər xiyabanına toplaşıb. Sumqayıt24 bu haqda 20 yanvar tarixində xəbər verir.
Bu gün 20 Yanvar faciəsinin 34-cü ildönümüdür. Bu münasibətlə yüzlərlə şəhər sakini şəhidlərimizin məzarlarını ziyarət edir. İnsanlar şəhidlərin xatirəsini yad edərək məzarların üzərinə tər güllər düzür.