Sumqayıtda şəhər açıq birinciliyi baş tutub. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 xəbər verir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş turnir Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. Kompleksin üzgüçülük üzrə məşqçiləri İdris Yusifov və Əsmər Abdulovanın tələbələri yarışda uğurlu nəticə göstəriblər. Onlar ümumilikdə 7 qızıl, 3 gümüş, 7 bürünc medal qazanıblar.