Prokurorluğun təcrübəli əməkdaşları ilə kursantlar arasında görüş keçirilib. Bu haqda 8 may tarixində Sumqayıt24 Baş Prokurorluğa istinadən məlumat verir.
Tədbir Polis Akademiyasında təşkil olunub. Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov və Sumqayıt şəhər prokuroru Mürvət Həsənovla akademiyanın kursantları və əməkdaşları görüşüblər.
Görüşdə prokurorluğun əməkdaşları istintaq təcrübəsi, cinayət, cinayət-prosessual hüquq, kriminalistika və kriminologiyadan irəli gələn bir çox aktual mövzular üzrə öz zəngin təcrübəsi ilə bölüşüb, maraq doğuran sualları ətraflı cavablandırıblar.