“Sumqayıt-Taxıl” MMC-yə inzibati xəta protokolu tərtib olunub. Sumqayıt24 bu haqda 29 noyabr tarixində Fed.az-a istinadən xəbər verir.
Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.
Sözügedən maddəyə görə, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300-600 manatadək, hüquqi şəxslər isə 1500-2500 manatadək məbləğdə cərimə olunurlar.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində Hafiz Kamranovun icraatındadır.