Sumqayıt Dövlət Dram Teatrı yaxın günlərdə premyeraya hazırlaşır. Bu haqda 18 may tarixində Sumqayıt24 xəbər verir.
“Bütün siçanlar pendiri çox sevir” nağılı əsasında hazırlanan tamaşa mayın 25-i və 26-da, eləcə də iyun ayında nümayiş olunacaq.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, icraçı rəssamı Nizami Dadaşov, baletmeysteri Kamil Ağayevdir. Musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə aiddir.