Sumqayıtdakı “BTZ” bağları yaşayış massivində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Sumqayıt24 bu haqda 17 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə nəticəsində 66 yaşlı Sabir Kazımov ölüb, həmyaşıdı Müxlisə Kazımova, 25 yaşlı İlahə Kazımova, 4 yaşlı Aleyna Kazımova və 2 yaşlı Anuro Kazımova xəstəxanaya yerləşdiriliblər. Onların müalicələri davam etdirilir.