Sumqayıtda yük avtomobilində yanğın baş verib. Bu haqda 16 yanvar tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
“KAMAZ” markalı yük maşınının mühərrik və kabina hissəsi yanıb. Nəqliyyat vasitəsinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.