Sumqayıtda mənzildə kişi meyiti aşkarlanıb. Bu haqda 16 yanvar tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə 9-cu mikrorayon ərazisində baş verib. 62 yaşlı Rəşad Kərimlinin meyiti yaşadığı mənzildə tapılıb. Cəsədi mərhumun yaxınları aşkar ediblər.
Ölümün dəqiq səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.