Sumqayıt şəhərinin 18-ci mikrorayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda 12 yanvar tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Yanğın binanın 1-ci mərtəbəsində qeydə alınıb. Beş otaqlı mənzilin bir otağında 1 ədəd kondisioner və ev əşyaları 12 kv.m sahədə alovlanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 kv.m sahədə əriyib.
Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı ərazi yanğından mühafizə olunub.
Alov söndürülüb.