Sumqayıtda “Narkomaniyaya yox deyirəm və sağlam həyatı seçirəm! Bəs sən?” adlı maarifləndirici sərgi-tədbir keçirilib. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 xəbər verir.
39 nömrəli məktəbdə təşkil olunan tədbirdə tədris ocağının 9-11-ci sinif şagirdləri iştirak ediblər. Məktəblilərə narkomaniyanın gənclər və yeniyetmələr arasında yayılma təhlükəsindən, törətdiyi fəsadlardan danışılıb. Uşaqlara pis vərdişlərdən uzaq olmaq, öz asudə vaxtlarını səmərəli keçirmək tövsiyə edilib.
Sonda karikaturaçı rəssam Babək Rüstəmzadənin mövzu ilə bağlı karikaturaları və Sumqayıt məktəblilərinin rəsmləri barədə tədbir iştirakçılarına məlumat verilib.