Sumqayıtda vətəndaş qəbulu keçirilib. Sumqayıt24 bu haqda 12 yanvar tarixində Den.az-a istinadən xəbər verir.
İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 9-cu mikrorayon ərazisində sakinlərlə görüşüb. Tədbirdə qurumun məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər də iştirak ediblər.
Zakir Fərəcov vətəndaşları fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, bəzi müraciətlərin araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.