Sumqayıtda kommunal problem yaranıb. Sumqayıt24 bu haqda 20 iyun tarixində xəbər verir.
13-cü mikrorayonda kanalizasiya quyusu daşıb, ərazi boyu axan çirkab ətrafa üfunət yayır. Şikayətçilərin sözlərinə görə, sözügedən problem ötən həftədən mövcuddur:
“Məsul qurumun əməkdaşları düzəldirlər, səhəri gün yenə eyni vəziyyət yaranır. Yollar keçilməzdir, qoxu səbəbindən pəncərələri aça bilmirik. Məsələnin birdəfəlik həll edilməsini istəyirik”.